“Vətəndaş cəmiyyətinin ən önəmli rollarından biri də ictimai nəzarət və ictimai iştirakçılıqdır. Beynəlxalq təcrübədə ictimai nəzarət daha çox vətəndaş məsuliyyəti və ya nəzarəti kimi ortaya çıxır. Bu metod hələki bizdə yoxdur”. – bu sözləri QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova bildirib.

O, həmçinin vurğulayıb ki, vətəndaş iştirakçılığı haqqında qanuna əsasən İctimai Şüralar yaradıldı. İctimai Şura olaraq təəssüf ki, əksəriyyətimiz situativ və reaktiv fəaliyyət edirik: “Qurumun əsas strateji proqramı və layihələrin planlaşmasında vətəndaşı İctimai Şuralar təmsil etməlidirlər. Bəs niyə rəy sorğuları, dinləmələr və ictimai müzakirələri etmirik?”

 

Pərvanə Fərhadqızı