Kənd təsərrüfatı qlobal inkişaf sahəsində mühüm istiqamətlərdən biri olaraq qalır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrobiznesin inkişafı, qida sistemlərinin gücləndirilməsi və iqlim dəyişikliklərinin yaratdığı problemlərin həlli bu sahənin əsas istiqamətləri sırasındadır.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2025-ci il ərzində inkişaf sahəsində kənd təsərrüfatı üzrə 2 129 iş imkanı elan edilib. Araşdırmada işəgötürənlərin hansı təcrübə səviyyəsinə malik mütəxəssislərə üstünlük verdiyi, müqavilə növləri, vakansiyaların daha çox olduğu regionlar və əməkhaqqı səviyyələri təhlil olunub.

Son 18 ay ərzində bu sektorda bir sıra dəyişikliklər də baş verib. Ümumdünya Ərzaq Proqramında (WFP) işçi ixtisarları və rəhbərlik dəyişiklikləri ilə yanaşı, süni intellektin kənd təsərrüfatı və ərzaq proqramlarına təsiri də artıb.

Kənd təsərrüfatı sahəsində iş imkanları əsasən ərzaq təhlükəsizliyi, aqrobiznes, kənd təsərrüfatı layihələrinin idarə olunması, qida siyasəti və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətlərini əhatə edir. Əhalinin artması və iqlim risklərinin güclənməsi bu sahədə mütəxəssislərə tələbatın gələcəkdə də davam edəcəyini göstərir.