Mütəxəssis qeyd edib ki, bəzi dərmanlar yemək istəyini artıra bilər.

Niyə daim yemək istədiyinizi başa düşə bilmirsinizsə, o zaman həyat tərzinizə və qidalanmanıza diqqət yetirməlisiniz.

QHT.az xəbər verir ki, diyetoloq Rob Hobsona görə , insanlar kifayət qədər yuxu almadıqda, iştahı stimullaşdıran qrelin hormonunun səviyyəsi arta bilər. Mütəxəssis əlavə edib ki, başqa bir hormon olan kortizol iştaha təsir edə bilər. Stress bu hormonun səviyyəsini artıra bilər və bu da öz növbəsində yemək istəyinə səbəb olur.

"...Antidepresanlar kimi dərmanlar da iştahı artıra bilər, diaqnoz qoyulmamış diabet kimi" diyetoloq vurğuladı.

 

Pərvanə Fərhadqızı