“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin Azərbaycanın milli ruhunu və beynəlxalq nüfuzunu gücləndirdiyini bildirib.
QHT.az xəbər verir ki, İctimai Birlik sədri vurğulayıb ki, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi edilməsi və Qlobal Cənub Platformasının Bakıda yaradılması ölkəmizin diplomatik mövqeyini daha da möhkəmləndirib:
"Bu gün QHT-lər üçün yaradılan geniş imkanlar onların həm ölkə daxilində, həm də beynəlxalq arenada fəal fəaliyyətinə şərait yaradır. QHT-lərin Prezidentə ünvanlanan müraciəti vətəndaş cəmiyyətinin dövlət başçısının siyasi kursunu tam dəstəklədiyini nümayiş etdirir. Xankəndidə keçirilən QHT əməkdaşlıq forumu isə Qarabağın azadlığının və ölkəmizin tarixi Zəfərinin rəmzi kimi qiymətləndirilib".
Pərvanə Fərhadqızı












