Hüquq və İnsan Haqları İnstitutu 4 dekabr 2025-ci il tarixində “Mülkiyyət hüququnun müdafiəsi və Avropa İnsan Hüquqları Konvensiyası” mövzusunda təlim təşkil edəcək.
QHT.az xəbər verir ki, tədbir saat 10:00–13:00 aralığında Bakı şəhəri, Hüseyn Cavid prospekti 125 ünvanında — Hüquq və İnsan Haqları İnstitutunun inzibati binasında baş tutacaq. Təlimdə iştirak üçün aşağıdakı kateqoriyalara aid şəxslər müraciət edə bilərlər:
-
Vəkillər
-
Mediatorlar
-
Hüquqşünaslar
-
Hüquqşünas tələbələr (3–4-cü kurs tələbələri və magistrantlar)
İnstitutdan verilən məlumata görə, təlim ödənişsizdir və iştirak edən şəxslərə sonunda sertifikat təqdim olunacaq.
Təlimdə iştirak etmək istəyənlər qeydiyyat üçün aşağıdakı linkdən istifadə edə bilərlər:
https://forms.gle/wWvZuB8GdYNCUbs6
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 537-20-73












