“Oktyabrın 30-u keçirilən "İraq Türkmənləri və Türk dünyası: Tarix Yaddaşın Bərpası" adlı konfransın ilk günü çox dolğun çıxışlarla zəngin idi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İçraçı direktoru Rəvan Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi cıxış edərək qomaqları salamladılar və konfransa öz tövsiyələrin verdilər”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Iraq Mədəni Əlaqələr Ictimai Birliyinin sədri Tahirə Məmmadova bildirib.
Qeyd edək ki, konfrans bu gün davam edəcək.
Pərvanə Fərhadqızı












