Boliviya və Kolumbiyadan sonra Çili də İsraildəki səfirini geri çağırdığını açıqlayıb.
QHT.az xəbər verir ki, Çili prezidenti Qabriel Borik Font bu gün verdiyi açıqlamada deyib: “İsrailin Qəzza zolağında törətdiyi Beynəlxalq Humanitar Hüququn qəbuledilməz pozuntuları qarşısında Çili hökuməti Çilinin İsraildəki səfiri Xorxe Karvaxalı məsləhətləşmələr üçün Santyaqoya dəvət etmək qərarına gəlib".
Boliviya Xarici İşlər Nazirliyi dünən bir bəyanatla çıxış edərək, İsrailin Qəzza zolağına beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən qeyri-mütənasib hərbi hücumunu rədd etmək və pisləmək üçün İsrail Dövləti ilə diplomatik əlaqələri kəsmək qərarını açıqlayıb.
Pərvanə Fərhadqızı












