Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oktyabrın 29-da Dağıstan Respublikasında baş verən antisemit iğtişaşlara reaksiyası göstərir ki, Rusiya rəsmiləri Rusiya Federasiyasının periferiyasında yerləşən regionlarda avtoritar nəzarətin zəifləməsindən getdikcə daha çox narahat olurlar.

QHT.az xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin hesabatında bildirilir ki, Kadırov Dağıstandakı iğtişaşlara cavab olaraq Rusiya prezidenti Vladimir Putinin bu hadisənin təşkilində guya Qərbin məsuliyyət daşıması ilə bağlı ittihamlarını yüksək qiymətləndirib. Bu, Rusiyada sabitliyi pozmaq üçün edilib.

Daha sonra o, Çeçenistan təhlükəsizlik qüvvələrini Çeçenistanda baş verə biləcək hər hansı iğtişaşın təşəbbüskarlarını dərhal həbs etməyə və ya “havaya üç xəbərdarlıq atəşi, dördüncüsü isə başına atəş açmağa” çağırıb.

 

 

Pərvanə Fərhadqızı