Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun sözçüsü Ceyms Elder, İsrailin sıx hücumları altında olan Qəzzada uşaqların ölməsindən narahat olduqlarını və Qəzzanın uşaqlar üçün qəbiristanlığa çevrildiyini bildirib.
QHT.az xəbər verir ki, Elder BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında İsrail və Fələstin arasında davam edən münaqişələrlə bağlı qiymətləndirmələr edib. Oktyabrın 7-dən bəri davam edən qarşıdurmalardan Qəzzada uşaqların mənfi təsirləndiyini vurğulayıb. Elder UNICEF-in münaqişələr üçün dərhal atəşkəs və Qəzzəyə humanitar yardımların fasiləsiz çatdırılması çağırışını təkrarladı və dedi: “Qəzzada uşaqlar təkcə bombardmanlar üzündən deyil, həm də ehtiyac duyduqları tibbi yardımın olmaması səbəbindən ölürlər".
Pərvanə Fərhadqızı












