Pakistan hökumətinin qeyri-qanuni mühacirlərin ölkəni tərk etməsi üçün verdiyi müddət bu gün başa çatıb. 

QHT.az xəbər verir ki, Pakistanın müxtəlif şəhərlərində yaşayan minlərlə əfqan qaçqın öz ölkələrinə qayıtmaq üçün sərhədlərə axışıb. Sərhəddə sayğac növbəsi yaradan əfqanlar əşyaları ilə yüklənmiş yük maşınları və avtobuslarla ölkəni tərk edirlər. Pakistanın daxili işlər naziri Sarfraz Buqti bildirib ki, hökumət sabahdan etibarən qeyri-qanuni mühacirlərə qarşı tədbirlər görməyə başlayacaq: “Təhlükəsizlik qrupları tərəfindən aşkar edilən sənədsiz əcnəbi vətəndaşların əməliyyatları tamamlandıqdan sonra saxlanılaraq ölkələrinə göndəriləcək”.

Pakistan hökuməti keçən ay Əfqanıstanla həmsərhəd bölgələrdə silahlı hücumların artması səbəbindən qeyri-qanuni mühacirləri noyabrın 1-dək ölkəni tərk etməyə çağırmışdı. Birləşmiş Millətlər Təşkilatının təsisatları və insan haqları təşkilatları Pakistanın qaçqınları deportasiya etmək qərarına reaksiya verib. BMT-dən verilən açıqlamada əfqanların azadlıq və həyatlarının təhlükə altında olduğu və bu səbəbdən onların ölkələrinə qayıtmamaları lazım olduğu bildirilib.

 

Pərvanə Fərhadqızı