BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo və Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ouldun Bərdəyə səfər edib.

QHT.az xəbər verir ki, səfər zamanı xanım Rokkasalvo və səfir Ould Bərdə Rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevlə, eləcə də Bərdə Qadın Resurs Mərkəzinin üzvləri ilə görüşüblər. Səfərin yekununda qonaqlar birgə layihə çərçivəsində uğurlu biznes qurmuş 3 qadının məkanlarına baş çəkiblər.

Sözügedən səfər BMTİP və AQUPDK-nın Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində baş tutub.

Pərvanə Fərhadqızı