İş Elanı/BVET
Vəzifə: Karyera İnkişaf Mərkəzinin Koordinatoru
Ərazi: Bərdə şəhəri
Müraciət üçün son tarix: 19.04.2021
Müqavilə növü: Xidmət müqaviləsi
Layihə haqqında
«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökumətinin elan etdiyi iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır.
YİY layihənin icrasında AR Təhsil İnstitutu, AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edir.
Layihənin əsas təsiri Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-Tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:
• BPL-in institusional və idarəetmə sisteminin yaradılması
• Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq
• BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək
• BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək
• Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək
• BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması
Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir.
Layihə bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi layihəyə cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini həmkardan-həmkara öyrənmə, mübadilə səfəri, məsləhət xidmətləri vasitəsilə BPL ilə paylaşacaq.
Təsvir
Karyera İnkişafı Mərkəzinin Koordinatoru – Karyera İnkişafı və Kənd Təsərrüfatı Sahibkarlığı Mərkəzinin idarəolunmasına, seminarların təşkil edilməsi və ziyarətçilər üçün məsləhətlərin verilməsinə məsul olacaq.
Vəzifə və öhdəlikləri
Bərdə Peşə Liseyində Karyera İnkişafı və Kənd Təsərrüfatı Sahibkarlıq Mərkəzin fəaliyyətinə rəhbərlik etmək;
Mərkəzin resurslarının yaratmaq, saxlamaq və yeniləmək;
Mərkəzin aylıq tədbirlər planını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
Açıq gün tədbirləri, ictimai məlumatlandırma sessiyaları və karyera inkişafı ilə bağlı təlimləri, sahibkarlarla görüş və digər müxtəlif tədbirləri təşkil etmək;
Layihə heyətinə marketing məhsullarının, o cümlədən veb səhifənin, broşür və bülletenlərin və digər çap materiallarının məzmununun hazırlanmasına dəstək vermək;
Tələbələr üçün uğurlu karyeranın qurulması və sahibkarlıq üzrə məsləhət xidmətlərini təmin etmək;
Tələbələrə iş axtarma, ərizə prosedurları, CV yazma, müsahibəyə hazırlığı və iş qurma bacarıqları ilə bağlı məsləhət və texniki dəstək göstərmək;
Karyera İnkişafı və Sahibkarlıq Mərkəzi tərəfindən göstərilən xidmətlərin uçotunu aparmaq;
Xidmətlərlə bağlı aylıq hesabatları hazırlamaq və təqdim etmək;
Ehtiyac yarandıqda Bakı və ətraf rayonlara səfər etmək
Tələb olunan təhsil, təcrübə və bacarıq
İqtisadiyyat, psixologiya, sosiologiya, insan resursları, menecment və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
Resurs mərkəzlərinin idarə olunması və ya oxşar sahədə təcrübə;
Karyera hazırlığı, işəgötürənlərlə iş sahəsində təcrübə;
MS Office proqramlarında, Facebook, LinkedIn kimi sosial media platformalarında peşəkar bacarıqlar;
Sosial (təqdimat, ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə) bacarıqlar;
Tədbir və görüşlərin təşkili üzrə bacarıqlar;
Azərbaycan dili - mükəmməl
İngilis dili - orta/işgüzar səviyyə
Rus dili - orta/işgüzar səviyyə
Müraciətlərin qəbulu
Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini [email protected] ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Karyera İnkişaf Mərkəzinin Koordinatoru) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.












