TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU

 

 

Bütün tender iştirakçılarına                                                                                      13.02.2021

 

Tenderin adı: Klaster və klasterləşmə üzrə ekspert

Layihə adı: “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” Layihəsi”

İcraçı: «Yerli İdarəetməyə Yardım»  İctimai Birliyi

Donor: Avropa İttifaqı

 

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsi çərçivəsində Klaster və klasterləşmə üzrə ekspert xidmətlərini satın almaq niyyətindədir. Bununla əlaqədar olaraq Sizi əlavə edilmiş Elana uyğun təklifinizi verməyə dəvət edirik.

Müraciət üçün son tarix:  27.02.2021-ci il 

Təklifə aşağıdakı sənədlər daxildir:

  1.  İddiaçının CV-si
  2.  İşə marağı ifadə edən məktub (cover letter)
  3.  Malların (işlərin, xidmətlərin) qiymət cədvəli

Təkliflər keyfiyyət və qiymət meyarları əsasında qiymətləndiriləcək və namizədlərin topladıqları balların sıralamasına görə birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılacaq. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.

Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı ilə əlaqə saxlanacaqdır. Müsabiqədən keçməyən iştirakçılara tenderin nəticələri haqqında cavab göndərilməyəcəkdir.

 

Əlavələr:

  1. Malların (işlərin, xidmətlərin) qiymət cədvəli - (əlavə 1)
  2. Elan - (əlavə 2)

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 25 Fevral 2020-ci il tarixinədək [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır.

 

 

 

Tender komissiyası

 

Əlavə

  1. Malların (işlərin, xidmətlərin) qiymət cədvəli - (əlavə 1)
  2. Elan - (əlavə 2)
  3. Dəvət məktubu
  4. Fəaliyyət planı