AZMP-nın İnstitusional Potensialının Yaradılması layihəsi çərçivəsində sizləri onlayn təlimə dəvət edirik.
Təlimin adı: Mövqe Sənədinin hazırlanması
Təlimçi: Rövşən Ağayev “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin iqtisadi eksperti və tədqiqatçısı
Təlim 16 Fevral 2021-ci il saat 14.00- 17.00 onlayn rejimdə keçiriləcək. 20 dəqiqə fasilə verilməklə iki hissədən ibarət olacaq. Hər hissə 1.20 dəqiqə çəkib, ümumilikdə 3 saat davam edəcək.
Təlim açılış və giriş, yekun və qiymətləndirmə də daxil olmaqla aşağıdakı hissələrdən ibarətdir və bunları öyrədir.
Mövqe sənədinin mahiyyəti
Mövqe sənədinin məqsədi
Sənədin hədəf auditoriyası
Mövqe sənədinin çərçivələri
Sənədin hazırlanmasına qarşı tələblər
Mövqe sənədini hazırlamağa iddialı olan müəllifin hazırlığı üçün tələblər
Mövqe sənədinin xarakterik xüsusiyyətləri
Mövqe sənədinin elementləri
Sənədin strukturu və struktruna qarşı tələblər
Hazır mövqe sənədlərinin nümunələri və iştirakçıların təklif etdiyi mövzular əsasında sənədinin strukturunun hazırlanması ilə bağlı interaktiv müzakirələr
Qeydiyyat üçün adınızı, təşkilatınızın adını (varsa) bu email ünvanına yollayın: [email protected] (yalnız qeydiyyatdan keçən iştirakçılara qöşulma keçidi yollanacaq).












