İslandiya vulkanı dekabrdan bəri beşinci dəfə yenidən püskürməyə başlayıb.
QHT.az xəbər verir ki, İslandiyada, Qrindavikdən şimalda baş verən silsilə zəlzələlərdən sonra bir vulkan püskürüb. Lava, təxminən 1,5 mil uzunluğundakı yarıqdan 50 metr hündürlüyə qalxıb. Reykyavikə yaxın olan Blue Lagoon termal kurortu boşaldılıb və Keflavik hava limanı normal fəaliyyət göstərir. Ərazidə süni maneələr qurularaq lavanın yaşayış yerlərinə və infrastrukturuna zərər verməsinin qarşısı alınır. Bu püskürmə, Reykjanes yarımadasında 2021-ci ildən bəri səkkizinci püskürmədir və 800 illik sükunətdən sonra geoloji fəaliyyətin yenidən başlamasının nəticəsidir.
Pərvanə Fərhadqızı












