50-dən çox gəmi, onlarla təyyarə, helikopter və minlərlə NATO əsgəri NATO-nun Baltops 2024 ən böyük dəniz təliminə başlayıb.
QHT.az xəbər verir ki, tarixdə ilk dəfədir ki, Baltik dənizi hövzəsində belə miqyasda təlimlər keçirilir. Ümumilikdə, 20 ittifaq ölkəsinin qüvvələri iştirak edir.
Əsas diqqət Baltik dənizi hövzəsinə yönəlmiş təlim çərşənbə günü başlayıb və iyunun 20-dək davam edəcək. İsveç ordusunun məlumatına görə, onlar Gotland, Riqa körfəzi və Botniya körfəzi arasındakı sulara diqqət yetirəcəklər.
Təlim çərçivəsində tapşırıqlar Almaniya, Polşa, İsveç və Litvada da təlim meydançalarında yerinə yetiriləcək.
Pərvanə Fərhadqıızı












