O, həmçinin Berlinin Ukraynaya hərbi kontingent göndərə biləcəyini deyib.

QHT.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Ukraynaya alman qoşunlarının göndərilməsini və uçuşa qadağa zonasının yaradılmasında iştirakını istisna etdiyini bildirib. Şolz Almaniyanın ntv telekanalına müsahibəsində, "Biz ora öz əsgərlərimizlə getmək istəmirik. Bu, uçuşa qadağa zona təklifinə də aiddir," deyə qeyd edib.

Şolz vurğulayıb ki, belə bir addım Almaniyanın "müharibə şəraitində" olması demək olardı və Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibənin qarşısı alınmalıdır.

Parlamentin kəşfiyyat xidmətlərinin fəaliyyətinin monitorinqi komitəsinin sədr müavini Roderix Kiesewetter Qərb ölkələrinin hava hücumundan müdafiə zonasını genişləndirə biləcəyini və bunun Qərbi Ukraynanı əhatə edəcəyini söyləyib.

Hazırda qonşu ölkələr, Rusiyanın Ukraynaya hücumları zamanı ərazilərinə uçan raket və pilotsuz təyyarələri vurmur. Martın sonunda Rusiya raketlərindən biri Polşanın hava məkanına uçdu, lakin vurulmadı, çünki bu, dağıntılara səbəb ola bilərdi.

 

Pərvanə Fərhadqızı