İspaniyada sərnişin avtobusunun körpüdən keçərkən Lerez çayına düşməsi nəticəsində həyatını itirənlərin sayı 6-ya yüksəlib.

 

Ötən şənbə günü İspaniyanın şimal-qərbində Luqo və Viqo şəhərləri arasında sərnişin daşıyan avtobus körpüdən keçərkən Lerez çayına düşüb.

 

QHT.az xəbər verir ki, səlahiyyətlilərdən verilən açıqlamada qəzada həyatını itirənlərin sayının 6-ya yüksəldiyi bildirilib. 2 yaralının müalicəsinin davam etdiyi deyilib.

 

Axtarış-xilasetmə işlərinin tamamlandığı, lakin avtobusun çaydan çıxarılması istiqamətində əməliyyatların hələ də davam etdiyi bildirilib.

 

Digər tərəfdən, qəzadan sağ çıxan 63 yaşlı sürücü spirtli içki və narkotik testindən keçirilib. Sürücünün testləri isə neqativ çıxmışdır.