Təxminən bir həftədir Yaponiyanın müxtəlif bölgələrinə təsir edən güclü qar yağışı nəticəsində həyatını itirənlərin sayı 17-yə, yaralıların sayı isə 90-a yüksəlib.
QHT.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrini, xüsusən də Yaponiyanın Niiqata, Yamaqata və Aomori əyalətlərinə təsir edən güclü qar daha da ağırlaşıb.
Yaponiya Fəlakət İdarəsi Agentliyindən əldə edilən məlumata görə, qar yağışı, buzlanma və qar təmizləmə zamanı baş verən qəzalarda həyatını itirənlərin sayı 17-yə yüksəlib. Qəzalarda ən az 90 nəfərin yaralandığı açıqlansa da, keçən həftə Şimal-Şərqi Yaponiyanın bir çox bölgəsində mövsümi orta hesabla 3 dəfə qar yağışının qeydə alındığı deyildi. Qatar və təyyarə xidmətlərinin dünəndən etibarən normallaşdığı bildirilərkən, 20 minə yaxın evə yenidən elektrik enerjisinin verildiyi qeyd edildi.












