Əfqanıstanın Bədəxşan vilayətinin Feyzabad şəhərində Təhlükəsizlik Komandanlığının binası yaxınlığında partlayış baş verib.
Bomba yüklü avtomobilin partlaması nəticəsində Bədəxşan Təhlükəsizlik Komandiri Əbdül Haq Əbu Ömər də daxil olmaqla 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
QHT.az xəbər verir ki, Taliban Daxili İşlər Nazirliyindən verilən açıqlamada, bomba yüklü avtomobilin partlaması nəticəsində aralarında Bədəxşan Təhlükəsizlik Komandiri Əbdül Haq Əbu Ömər də daxil olmaqla 3 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilib.
Nazirlik məsələ ilə bağlı 4 şübhəlinin həbs edildiyini deyib Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.












