Bu gün səhər saatlarında Moskvanın “Domodedovo” hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb.
Bu məsələ ilə bağlı yəni Kamil Zeynallı kazusu barədə Hüquq müdafiəçisi Sahib Məmmədov QHT.az-a öz şərhini bildirib.
QHT.az həmin şərhi təqdim edir:
Kamil Zeynallı kazusu barədə
Mən telekanallara şərh edəndə də bu şəxsə qarşı qaldırılan cinayət işinin absurd olmasını qeyd etmişdim. Müharibədə hər hansı formada iştirak etməyən, hərbiçi olmayan və kombadant olmayan şəxsdir. Hakimiyyətdə təmsil olunmayıb. Amma ona qarşı müharibə cinayətləri maddələri ilə cinayət işi açılıb. Ermənstan bizim vətəndaşlara qarşı yüzlərlə belə işlər açıb. Həmçinin #Azərbaycan hələ Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazisində soyqırım, insanlıq əleyhinə və hərbi cinayət törətmiş yüzlərlə erməniyə qarşı, o cümlədən sonradan siyasi rəhbərllikdə olan ermənilərə qarşı belə cinayət işləri açıb və barələrində axtarış elan edib. Amma indiyədək tərəflərin qaldırdığı cinayət işləri ilə bağlı yaxalanan olmayıb.
Mən dərhal bunun hüquqi məsələdən daha çox ya siyasi, ya nəsə qeyri-hüquqi məsələ ilə bağlı olması ehtimalını bildirmişdim. İndi yazırlar ki, şəxsi sərbəst buraxıblar. Bu yaxşı. Amma...
Pis bir praktikanın əsası qoyuldu. Ermənistanın hər absurd cinayət işi ilə bağlı vətəndaşlarımızı saxlasalar bunun axırı yaxşı olmayacaq.
Xüsusən....
#Ermənistan 01 fevral tarixindən #Beynəlxalq #Cinayət #Məhkəmə/sinin yurisdiksiyası altındadır. Ermənistan #Rusiya ilə qarşıdurmaya gedərək bu məhkəmənin Statutuna qoşulubsa deməli uzağagedən məkrli planları var. Və onu heç gizlətmirlər də.
Ermənistanla şərti sərhəddə də provokasiyaların intensivləşməsi təsadüfü deyil. Onlar bizim erməni slahlı provokasiyasına cavabımızdan sonra saxta cinayət işləri açacaqlar. Guya Ermənistanın suveren ərazilərinə daxil olmuşauq (təcavüz cinayəti), guya mülki obyektləri məhv etmişik (hərbi cinayət), guya erməni mülki şəxslərini qəsdən öldürmüşük (əsaslandırmadan asılı olaraq hərbi və ya insanlıq əleyhinə cinayət). Belə provokasiyalar zamanı erməni hərbiçilərini əsir götürsək o zaman onlarla davranışda işgəncə və ya pis rəftar halına yol verdiyimiz barədə hay-küy salıb yenə cinayət işi (insanlıq əleyhinə) başlayacaqlar.
Əgər BCM prokuroru da onların qurama cinayət işlərini əsas götürüb cinayət işlərinə başlasa o zamçan barəsində cinayət işləri başlamış vətəndaşlarımız ən azı dünyanın 140 ölkəsinə + Aİ üzvü olan dövlətlərə səfər edə bilməyəcək.
Hazır olmalıyıq və əks tədbirlər görməliyik. HEÇ BİR HALDA DA #BCM-in #Roma #Statutuna qoşulmalı deyilik. Hazırda Ermənistan biri həm də bu provokasiyaya çəkmək istəyir.
Erməniçiliyin başqa bir məqsədi də Azərbaycanın müharibə cinayətlərində ittiham etdiyi və hazırda istintaq altında olan şəxləri geri almaqdır.












