Rusiyanın Kazan şəhərinin sakinləri sosial şəbəkələrdə Kazan Tank Məktəbinin ərazisində baş verən yanğını əks etdirən fotoşəkillər və videolar paylaşırlar.
QHT.az xəbər verir ki, istifadəçilər tərəfindən yerləşdirilən görüntülərdə ikimərtəbəli binanın pəncərələrindən birində qalın qara tüstü və alov görünür.
Hazırda təfərrüatlar dəqiqləşdirilir.












