Sahib Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasında “Qida təhkükəsizliyi”nə həsr olunan sessiyada Ermənistan tərəfindən Azərbaycanın su mənbələrinin çirkləndirilməsi ilə bağlı çıxış edib.

QHT.az xəbər verir ki, çıxış həmçinin BMT-nin entranet sistemində yeləşdirlib. Çıxışın qısa mətnini təqdim edirik:

“Cənab vitse Prezident təşəkkür edirəm

Azərbaycanda içməli su məsələsi iqlim dəyişikliyi səbəbindən getdikcə aktuallaşır.

Təəssüf ki, qonşu Ermənistan Azərbaycana axan çaylara qəsdən zəhərli tullantılar axıdır. Beləliklə içməli suyun təhlükəli kimyəvi tullantılarla çirklənməsi əhalinin ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Transsərhəd Oxçuçay çayı Ermənistanın dağ-mədən sənayesi tərəfindən ağır metallar və təhlükəli maddələrlə güclü şəkildə çirkləndirilir. Hazırda çayda çirklənmə səbəbindən suda yaşayan canlılar tamailə məhv olmuşdur.

 Ermənistanın işğalı zamanı əvvəllər işğal olunmuş ərazilərdəki su mənbələri qəsdən çirkləndirilib, onların təbii axın sxemi dəyişdirilib. Nəticədə, keçmiş təmas xəttində yaşayan əhali qəsdən təmiz içməli sudan məhrum edilib. Bu acınacaqlı vəziyyət Avropa Şurası Parlament Assambleyasını 2016-cı il yanvarın 26-da “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul etməyə vadar edib”.