Masallının ucqar dağ kəndinə qaz xətti çəkilib
Rayonun Sığdaş ərazisinin Ninalov kəndində yeni çəkilmiş təbii qaz xəttinin açılışı olub.
Mərasimdə Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İsmismar İdarəsinin, Masallı RQİ xidməti sahəsinin rəhbərliyi iştirak edib.
Sakinlər kəndə mavi yanacaq verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon və “Azəriqaz” İB rəhbərliyinə minnətdarlıqlarının bildiriblər.
Akif AĞAYEV












