BMT-nin Azərbaycan Nümayəndəliyi “Heç kəs kənarda qalmasın deyə əlilliyi olan şəxslər üçün əlverişli mühitin yaradılması” adlı 6 günlük seminara start verib.
QHT.az xəbər verir ki, təlim BMT, hökümət, vətəndaş cəmiyyəti təşkilatları və əlilliklə bağlı fəaliyyət göstərən təşkilatların nümayəndələri də daxil olmaqla müxtəlif maraqlı tərəfləri bir araya gətirir.
Seminar Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) İlkin Mərhələsi çərçivəsində həyata keçirilir.
6 günlük ilkin mərhələdə heç kəsin kənarda qalmamasını təmin etmək üçün hərtərəfli situasiya təhlili aparılacaq.












