“Həyata keçirilən tədbirlər, hansı ki namizədlər üçün efir vaxtının ayrılması, bərabər şəraitin yaradılması və MSK-nın daim ölkə ictimaiyyətinin xüsusi elektroatı, beynəlxalq, yerli müşahidəçiləri xəbər axınının içərisində saxlaması, zəruri informasiyasıya ilə təmin etməsi, məntəqələrin, hətta mobil operatorların bu prosesə qoşulması seçkidə iştiraka təşviq edilməsi, məntəqələrin yerlərdə hazırlıq işlərinin yerinə yetirilməsi kimi məsələlər deməyə əsas verir ki, seçki prosesi tam şəffaf şəkildə həyata keçiriləcək”.
Bu fikirləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu proseslər ədalətli bir mühitdə baş verir. Bütün namizədlərə bərabər hüquqların verilməsi, zəruri şəraitlərin yaradılması, yerlərdə seçicilərlə görüşlərin keçirilməsini izlədiklərini vurğulayan QHT sədri vətəndaş cəmiyyəti üzvləri, QHT olaraq cəmiyyətdə gedən prosesləri nəzarətdə saxladıqlarını da bildirir: “Biz namizədlər və vəkillərin böyük auditoriyalarda, 100-lərlə insanın qarşısında çıxışlar etdiklərini görürük. Görüşlərin keçirilməsi üçün yerlərdə şəraitlər yaradılır, təhlükəsizlik tədbirlərindən başlayaraq, mütəşəkkil və digər məsələlər sevindiricidir. Bunlar çox vacib bir göstəricilərdir. Bu da göstərir ki, ölkədə demokratik bir mühit mövcuddur, demokratik şərait yaradılıb və meydan açıqdır. Hər bir namizəd özünün seçkiqabağı platformasında çıxış etməklə çox sərbəstdir”.
Bəzən tənqidi fikirlər səsləndirənləri, siyasi mövqelərini bildirənləri, öz platformalarını çəkinmədən əhalinin geniş auditoriyalarına çatdıranları mətbuatda izlədiklərini bildirən Azər Allahverənov həmçinin qeyd edir ki, faktiki olaraq demokratik mühit tam şəkildə təmin olunub: “Yerli və beynəlxalq müşahidəçilərin, müxtəlif ixtisaslaşmış bexnəlxalq təşkilatların bu proseslərdə iştirakı, müsbət rəylərin verilməsi göstərir ki, pozitiv aura var. İnsanlar bu prosesdə çox rahat, demokratik prinsiplərə, normalara uyğun, böyük coşqu ilə iştirak etmək niyyətindədirlər”.
Pərvanə Fərhadqızı












