15-19 aprel 2024-cü il tarixlərində BMT-in üzv ölkələri, diplomatik missiyalar, dövlət və ictimai idarəetmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və milli qeyri-hökümət təşkilatları və digər strukturları təmsil edən ekspertlərin iştirakı ilə ABŞ-ın Nyu York şəhərində yerləşən BMT-nin Baş Qərargahında “İctimai İdarəetmə üzrə Ekspertlər Komitə”sinin 23-cü sessiyası keçiriləcəkdir.
QHT.az xəbər verir ki, sessiyanın mövzusu “Dayanıqlı İnkişaf Məqsədlərinin və yoxsulluğun aradan qaldırılması üçün yeni idarəetmə anlayışları”dır.

Sessiyada “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli BMT-nin ECOSOC komitəsinin Xüsusi Məşvərətçi Statusuna sahib olan QHT rəhbəri sessiya zamanı vətəndaşların rəqəmsal platformalardan istifadə etməklə ictimai xidmətlərə əlçatanlılığının təmin olunması mövzusu üzrə müzakirələrdə iştirakı və çıxışı gözlənilir.












