Amerikanın CNN televiziyasının xəbərinə görə, ABŞ-da yaşayan naməlum pakistanlı Türkiyə səfirliyinə gedərək zəlzələdən zərərçəkənlərə 30 milyon dollar yardım edib.
QHT.az xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif Twitter hesabında baş verənləri açıqlayaraq, “Anonim bir Pakistan vətəndaşının Türkiyənin ABŞ-dakı səfirliyinə girərək Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 30 milyon dollar bağışlaması məni çox təsirləndirdi” yazıb.

"Nə gözəl xeyriyyəçilik" deyə Şerif əlavə etdi. Hazırda Adıyamanda Pakistandan olan 85 nəfərlik axtarış-xilasetmə qrupu işləyir. İndiyədək bu ölkədən Türkiyəyə 10 təyyarə dolusu personal, avadanlıq və yardım materialları daşınıb.