Türkiyədə 9 saatlıq fasilə ilə baş verən zəlzələlər Suriyada da böyük dağıntılara səbəb olub. Oskar mükafatlı suriyalı rejissor zəlzələdə 13 ailə üzvünü itirdiyini açıqlayıb.

QHT.az xəbər verir ki, Episentri Kahramanmaraşda baş verən və 9 saat fərqlə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyanı da vurub.

Ölənlərin sayının 5 minə yaxınlaşdığı ölkədə axtarış-xilasetmə işləri tam sürətlə davam edir.

Oskar mükafatlı "Ağ dəbilqəlilər" qısametrajlı filminin və Oskar mükafatına namizəd olan "Hələbdəki son insanlar" sənədli filminin operatoru Fadi Əl-Hələbi, komandalar son ümid üçün zamanla yarışarkən üzücü xəbəri Facebook hesabında açıqladı. .