Pasiyent Təşkilatları İttifaqı dövlət səhiyyə qurumları ilə birgə hər il olduğu kimi bu ildə 21 dekabr 2023-cü il tarixində Pasiyent Təşkilatlarının III Respublika Forumu keçirəcək.
QHT.az xəbər verir ki, bu barədə Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov məlumat verib. O, qeyd edib ki, məqsədimiz pasiyent təşkilatlarının dövlət səhiyyə qurumları ilə birgə əməkdaşlığa zəmin yaratmaq və məhs birgə əməkdaşlıq nəticəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin çox profilli və əlçatan müalicəsini təmin etməkdir.
Qeyd edək ki, tədbirdə qeyri-infeksion, qeyri-infeksion irsi, o cümlədən nadir və infeksion xəstəliklərə dair çıxışlar yer alacaq.
Pərvanə Fərhadqızı












