Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 miilyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib.

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə pensiya ödənişlərindəki artım əsasən 5-ci sosial paketlə bağlıdır. Bu ilin əvvəlindən bütün növ əmək pensiyaları 8,1 faiz, fevralın 1-dən minimum pensiya isə 14,3 faiz artırılaraq 320 manata çatdırılıb. Artımlar 1,1 milyon pensiyaçıya şamil edilib:
"E-sistem vasitəsilə 27 min yeni pensiya, 94 mindən çox şəxsə isə sosial müavinət və təqaüd təyin olunub. 2025-ci ildə dövlət büdcəsinin sosial xərcləri 16,9 milyard manat, sosial müdafiə və təminata ayrılan vəsait isə 4,8 milyard manat olacaq".
Pərvanə Fərhadqızı












