“Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri, Qarabağ müharibə veteranı Roza Əliqızının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Türkiyədə 3 aydır ki, "Qarabağ Dünəndən Bu Günə” adlı görüşlər keçirir.
Birlikdən QHT.az-a verilən məlumata görə, Aliağa Anadolu texniki məslək litseyində keçirilən görüşdə hər iki ölkənin himni səsləndirilib, şəhid əsgər və zabitlərimizin xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər: “Görüşdə Azərbaycan- Türkiyə münasibətləri haqqında çox gözəl fikirlər səsləndirilib. Mən də bu görüşlərin əbədiliyindən, Qarabağ Zəfərindən, Xocalıda, Qarabağda nələr baş verdiyindən danışdım. Qeyd edydim ki, bu iki dövləti həm də olduqca dərin tarixi köklər bir-birinə bağlayır. Hər iki dövlət strateji müttəfiqlərdir və bu amil münasibətlərin inkişafında vacib rol oynayır. Sonda “Bir millət, iki dövlət” şüarını səsləndirdim”.
Qeyd edək ki, tədbirdə çıxış edən qonaqlar Azərbaycan xalqına qarşı yaşatdıqları acılardan və sonda Azərbaycan Ordusunun gücü Türkiyənin dəstəyi, Ali Baş Komandan, Azərbaycan Pespiblikasının Prezidenti İlham Əliyevin əmri ilə qazanılan qələbədən danışıblar. Tədbirlər davam edir.
Pərvanə Fərhadqızı












