İranın cənub-qərbindəki Xuzistan əyalətinin Behbahan şəhərində Bid Boland qaz emalı zavodunda yanğın baş verib, bir nəfər ölüb.

QHT.az xəbər verir ki, Behbahan şəhərindəki Fars Körfəzi Bid Boland qaz emalı zavodunda məhsulun nəqli xətlərindən birində baş verən yanğın nəticəsində bu şirkətdə işləyən forklift sürücüsü dünyasını dəyişib.

Qeyd edək ki, yanğın söndürülüb, hadisə müəssisənin işinə mane olmayıb.

 

Pərvanə Fərhadqızı