Tanınmış sahibkar və Twitter-in sahibi İlon Mask platformanın loqosunu dəyişməyi planlaşdırır.
QHT.az xəbər verir ki, yeni loqo qara fonda X işarəsidir. Loqonun bu gün dəyişdiriləcəyi gözlənilir.
Xatırladaq ki, Mask platformanı keçən ilin oktyabrında alıb və o vaxtdan bu platformada çox şey dəyişib. Bu yaxınlarda o, həmçinin xidmətdə qeydiyyatdan keçmədən tvitlərə baxmağı qadağan edib və pulsuz hesablar üçün tvitlərə baxmaq üçün məhdudiyyətlər tətbiq edib.
Qeyd edək ki, istifadəçilər biznesmenin ideyalarını və qərarlarını bəyənmir. Təsadüfi deyil ki, Meta rəqib sosial platforma olan Threads-ı işə saldıqdan sonra Twitter hitləri azalıb.
Pərvanə Fərhadqızı












