QHT-lər Lənkəranda sitrus meyvə bağlarını ziyarət ediblər
“QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nın iştirakçıları “Citrus Valley” sitrus meyvə bağlarını ziyarət ediblər.
Ziyarət zamanı QHT nümayəndələri təsərrüfatın fəaliyyəti, sitrus meyvələrinin yetişdirilməsi və bağçılıq sahəsində tətbiq olunan təsərrüfatçılıq üsulları ilə tanış olublar.
İştirakçılara regionun əlverişli təbii-iqlim şəraitinin sitrusçuluğun inkişafındakı rolu və yerli istehsal imkanları barədə məlumat verilib.