11 beynəlxalq insan hüquqları təşkilatı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) fəaliyyətinin qorunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, sentyabrın 4-də yayılan müraciətdə təşkilatlar Avropa İttifaqını və Haaqa Qrupunu Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təzyiqlərin qarşısını almaq üçün daha fəal mövqe nümayiş etdirməyə çağırıblar.
Təşkilatların fikrincə, məhkəmənin müstəqilliyinin və beynəlxalq hüquq çərçivəsində fəaliyyət imkanlarının qorunması qlobal ədalət və insan hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müraciətə Qlobal Şimal və Qlobal Cənub ölkələrindən olan 11 milli insan hüquqları təşkilatı qoşulub. Onlar beynəlxalq qurumları ICC-nin fəaliyyətinə siyasi və digər təzyiqlərə qarşı dayanmağa çağırıblar.












