Hüquq və İnsan Haqları İnstitutu 16–17 oktyabr tarixlərində Bakıda keçirilən XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda təmsil olunub.

Simpoziumun açılışında çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə diqqəti tibb hüququnun aktual məsələlərinə yönəldib. O, tibb hüququnun müasir hüquq sistemində əhəmiyyətinə toxunaraq, tibbi fəaliyyət zamanı insan hüquqlarının qorunmasının, pasiyentlərin hüquq və mənafelərinin təmin edilməsinin, eləcə də tibbi qərarların hüquqi və etik prinsiplər əsasında qəbul olunmasının vacibliyini vurğulayıb.

Bu baxımdan, tibb hüququ sahəsində elmi müzakirələrin və beynəlxalq təcrübə mübadiləsinin hüquqi yanaşmaların inkişafına, mövcud problemlərin həllinə və insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Tədbir çərçivəsində İnstitutun əvvəlki illərdə tibb hüququ sahəsində həyata keçirdiyi layihələr və görülmüş işlər barədə məlumat verilib.

Eyni zamanda, İnstitutun qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş fəaliyyəti, eləcə də hüquqi maarifləndirmə tədbirlərinin təşkili istiqamətində görülən işlər diqqətə çatdırılıb.