"Zirvə” islahatlara dəstək mərkəzi İctimai Birliyinin sədri, hərbi siyasi ekspert Elçin Axundzadə "2023-cü il H.Əliyev-100 ili" çərçivəsində keçirilən silsilə tədbirlərdən QHT.az –a açıqlama verdi.

O bildirib ki, həm Türkiyədə, həm də Azərbaycanda belə tədbirlər davam edəcək: “İyul ayında dörd tədbir təşkil edəcəyik. İyul ayının 13-də “Türkiyə Cumhuriyyəti 15 Temmuz Demokrasi ve Milli Birlik Günü” ilə əlaqədar olaraq QHT sədri Zərifə Quliyeva, Genel Başkan Şahin Çelik, Gülseren Başocaq, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev və bizim birliyin təşkilatçılığı ilə keçirilən tədbirə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı, dostlar, QHT rəhbərləri, millət vəkilləri, ziyalı və intelektual insanlarımız dəvətlidir. Həmçinin türkdilli dövlətlərin Azərbaycandakı səfirliyinə də dəvətlər olunacaq”.

 

Pərvanə Fərhadqızı