ABŞ prezidenti Co Bayden ekspertlərlə görüşü zamanı süni intellektlə bağlı riskləri nəzərdən keçirmələrini tapşırıb.
QHT.az xəbər verir ki, Bayden administrasiyası iqtisadi artım və milli təhlükəsizlik üçün süni intellekt potensialını inkişaf etdirmək və onun potensial təhlükələrindən qorunmaq yollarını axtarır.
“Yaxın 10 ildə son 50 ildəkindən daha çox texnoloji dəyişiklik olacaq. Süni intellekt artıq bu dəyişiklikləri idarə edir”, – ABŞ prezidenti bildirib.
Pərvanə Fərhadqızı












