İndiyə qədər İsrail Ukraynaya ancaq öldürücü olmayan vasitələrlə kömək edib.
QHT.az xəbər verir ki, İsrail bilavasitə Rusiya və İranla bağlı iki səbəbdən silahlarını Ukraynaya keçirmək istəmir. Ukraynaya hərbi yardım məsələlərində İsrail ilkin olaraq xüsusi vəziyyətdədir və bu, Polşa, Almaniya, Fransa və Ukraynanın digər tərəfdaş ölkələrinin mövqeyindən fərqlənir.
İsrailin baş naziri Binyamin Netanyahu qeyd edib ki, Rusiya ilə möhkəm hərbi "sərhədimiz" var. Pilotlarımız Suriya səmasında rus pilotları ilə bərabər uçur. Məncə, İranın şimal sərhədimizdə hərbi mövqelər yaratmaq cəhdlərinə qarşı hərəkət azadlığımızı qoruyub saxlamaq vacibdir.
Pərvanə Fərhadqızı












