Bu barədə Mərkəzi Elmi Kitabxananın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü QHT.az-a bildirib. Yaradıldığı gündən etibarən fondu çoxlu sayda şəhid ailə üzvlərinin ziyarət etdiyini qeyd edən baş direktor Diplomatik fondunda toplanan nəşlər haqqında ətraflı məlumat verib: “Mərkəzi Elmi Kitabxananın zəngin fondları dünya dillərinin çoxunda, o cümlədən tatar dilində nəşrləri özündə cəmləşdirir. Fond istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin hər bir şəhidi, qazisi, iştirakçısı haqqında məlumat toplayaraq gələcək nəsillərə ötürülməsi istiqamətində işlər görür”.

Sonda Mübariz Göyüşlü qonaqlara “Xocalı şəhidləri 613” kitabını hədiyyə olaraq təqdim edib, xatirə şəkilləri çəkilib.

Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxananın məqsədi Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərinə təqdim olunmasıdır.

 

Pərvanə Fərhadqızı