Avropada Türk Hava Yolları üstünlük təşkil edərək, "Avropanın ən yaxşı hava yolu şirkəti" adı da daxil olmaqla dörd mükafat qazandı.

QHT.az xəbər verir ki, dünyanın ən yaxşı aviaşirkətlərinin illik reytinqini dərc edilib. 2023-cü ildə aviadaşıyıcılar arasında lider dəyişdi. "Singapore Airlines World Airline Awards 2023-də dünyanın ən yaxşı aviaşirkəti kimi tanınıb.

Dünyanın ən yaxşı 10 hava yolu şirkəti:

1. Sinqapur Hava Yolları (Sinqapurun milli aviaşirkəti);

2. Qatar Airways (Qətərin milli aviaşirkəti);

3. ANA All Nippon Airways (Yapon Hava Yolları);

4. Emirates (Dubayda yerləşən hava yolu şirkəti);

5. Japan Airlines (Yaponiyanın milli aviaşirkəti);

6. Türk Hava Yolları (Türkiyənin hava daşıyıcısı);

7. Air France (Fransa milli aviadaşıyıcısı);

8. Cathay Pacific (Honq Konqun flaqman aviaşirkəti);

9. EVA Air (Tayvan beynəlxalq aviaşirkəti);

10. Korean Air (Cənubi Koreyanın ən böyük aviaşirkəti).

 

 

Pərvanə Fərhadqızı