“Gələcəyə Baxış Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a açıqlamasında bildirib ki, təşkilatın 2026-cı il üçün əsas prioritetləri sosial həssas qruplarla işin genişləndirilməsinə yönəlib.
Onun sözlərinə görə, xüsusilə qadınların və gənclərin gücləndirilməsi, geri qayıdan əhali ilə bağlı maarifləndirmə və dəstək layihələrinin davam etdirilməsi qarşıdakı ilin əsas fəaliyyət istiqamətlərindəndir:
"Mədəni yaddaşın qorunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və insan hüquqları, uşaq hüquqları istiqamətində təlim və təşəbbüslərin artırılması əsas hədəflər sırasındadır. 2025-ci ildə çalışdığımız sahə üzrə ölkədə sosial yönümlü və maarifləndirici fəaliyyətlərin əhatə dairəsi genişləndi. Xüsusilə qadınların peşə bacarıqlarının artırılması, uşaq hüquqlarının qorunması və geri qayıdan əhali ilə bağlı maarifləndirmə sahəsində konkret nəticələr əldə olundu, bu da vətəndaş cəmiyyətinin proseslərdə daha fəal rol almasına şərait yaratdı".
Pərvanə Fərhadqızı












