“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il onun üçün xüsusi mənəvi dəyərə malik, qürur və sevinc dolu bir il kimi yadda qalıb.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları dövlət təltiflərinə layiq görülüb:
"2016-cı il Aprel döyüşlarində qəhrəmancasına şəhid olmuş Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülməsi, digər hərbi qulluqşuların (şəhid oğlum Əbdülməcid Axundovun “Vətən uğrunda” medalı ilə) təltif olunması mənim üçün ən böyük hədiyyə oldu..."












