Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq hər qrupda 3 təşkilat olmaqla 5 qrup üçün alternativ hesabatların hazırlanması dair konsultasiyaların ikinci hissəsi keçirilib.

QHT.az xəbər verir ki, İttifaqdan verilən məlumatda bildirilib ki, konsultasiyalarda 14 qadın, 1 kişi olmaqla cəmi 15 nəfər, 5 əlilliyi olan şəxs, 5 nəfər əlilliyi olan şəxs valideyn iştirak edib. Konsultasiyalar hər qrup üçün 2 saat olmaqla 28-30 avqust tarixlərində Əlil Təşkilatları İttifaqının offisində fiziki formada keçirilib. 

Hüquqşünas- konsultant Sahib Məmmədov alternativ hesabatların suallarının strukturlaşması, problemlər və onların həlli üçün təkliflərin formlaşdırılması qaydaları haqqında məlumat verib.

Hər qrup Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvesiyanın bir maddəsinə uyğun mövzu üzrə alternativ hesabat hazırlamağa başlanılıb. Hesabatların ilkin versiyasının sentyabrın 15-nə kimi hazırlanması nəzərdə tutulub. Ümumi və hər qrup üzrə yaradılmış votçap qrupları üzərindən və telefon zəngləri vasitəsi ilə konsultant-ekspert və layihə rəhbərinin iştirakı ilə işlər, məsləhətlər davam etdirilir.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir.

 

    

Pərvanə Fərhadqızı