Bir aviaşirkət öz təyyarələrində “uşaqlardan azad zona” yaradacağını açıqlayıb. Noyabr ayından etibarən tətbiq olunacaq 'tək böyüklər' sistemi, uçuşlarla bağlı yeni qaydalarını ictimaiyyətlə paylaşan şirkət, bəzi təyyarələrdə 'uşaqlardan azad zona' olacağını açıqladı.

QHT.az xəbər verir ki, adından da göründüyü kimi sözügedən ərazidən biletləri yalnız böyüklər ala biləcək və uşaqlar bu əraziyə buraxılmayacaq. Şirkət, "Yalnız Yetkinlər" adlandırdığı bu xidmətin "sakit və rahat uçuşa töhfə verən qorunan bir mühit yaradacağını" açıqlayıb. Mövzu ilə bağlı açıqlamada bildirilir ki, təyyarədəki bu zona uşaqsız səyahət edən sərnişinlər və sakit mühitdə işləmək istəyən işgüzar səyahətçilər üçün nəzərdə tutulub. Eyni zamanda, Yalnız Böyüklər üçün zonanın tətbiqi uşaqlı valideynlərə müsbət təsir göstərəcəkdir. Əgər onların uşaqları ağlayırsa, digər sərnişinlərin mümkün reaksiyalarından çox narahat olmayacaqlar.

Yaşı 16-dan aşağı olan sərnişinlər üçün bağlanacaq bu sahə təyyarənin ön hissəsində yerləşəcək və ümumilikdə 93 oturacaqdan ibarət olacaq. Şirkət noyabr ayından etibarən Amsterdam və Kyurasao arasında uçuşlarında bu bölgəni işə salacaq. Qərar bəzi istifadəçiləri sevindirsə də, qərardan narazı qalanlar sosial şəbəkədə reaksiyalarını bildiriblər.

 

Pərvanə Fərhadqızı