Münaqişədən zərər çəkmiş bölgələrdə yaradılan Qadın Resurs Mərkəzləri qadınların travmalardan qurtulmasına və yeni həyata başlamasına kömək edir.
QHT.az xəbər verir ki, bu günə qədər 400-dən çox qadın Tərtər Qadın Resurs Mərkəzində üzv kimi qeydiyyatdan keçib və onlardan 20-si artıq öz kiçik biznesini qurub. Mərkəz sayəsində 700-ə yaxın qadın psixoloji, hüquqi və sosial xidmətlər üzrə dəstək alıb.
Mərkəz kompüter bacarıqları, mühasibat uçotu, dərzilik və s. kimi müxtəlif sahələr üzrə peşə təlimləri, sərgilər, qadınlara həsr olunmuş tədbirlər vasitəsilə Tərtər qadınlarına birləşməyə, yeni bacarıqlara yiyələnməyə, ictimai həyatda iştirak etməyə və icmalarının inkişafına töhfə verməyə kömək edib. Tərtər QRM həm də yerli qadınlara uğurlu karyera üçün lazımi bacarıqları öyrədib və onlara iş tapmaqda kömək edib.
Tərtər Qadın Resurs Mərkəzinin 2022-ci ildə gördüyü işlər haqqında videonu sizə təqdim edirik. Video BMTİP və AQUPDK-nın Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində hazırlanıb.
_
____________________
Women's Resource Centers established in the conflict-affected regions help women recover from trauma and make a fresh start in their lives.
Tartar Women’s Resource Center has more than 400 women registered as members and 20 of them have already established their small businesses. Thanks to the Center some 700 women received psychological, legal, and social services support.
Through vocational training in various fields such as computer skills, accounting, tailoring and etc., exhibitions, events dedicated to women, the Center helped women of Tartar network, gain new skills, participate in social life, and contribute to their communities. The Center also equipped local women with essential skills for a successful career and helped them find jobs.
Here is an overview video of the work done by Tartar Women's Resource Center in 2022.
The video was produced within the “Empowering and creating equal opportunities for vulnerable, conflict-affected women in Azerbaijan to overcome barriers towards greater economic and social participation (ECEO)” project implemented by UNDP and SCFWCA with the support of the UK Government.
Pərvanə Fərhadqızı












