Rusiya kosmosa nüvə bombası yerləşdirmək istəyir. Bunu Amerika kəşfiyyatının məlumatları sübut edir.
QHT.az xəbər verir ki, mənbələr Rusiyanın kosmosa nüvə silahı buraxmaq istədiyini bildirir. Söhbət onun peyklərə qarşı mümkün istifadəsindən gedir.
Fevralın 15-də ABŞ Konqresi “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı brifinq keçirəcək. Milli təhlükəsizlik müşaviri Jake Sullivan Nümayəndələr Palatasının üzvlərini şəxsən məlumatlandıracağını təsdiqlədi, lakin onun hansı təhlükədən danışdığını dəqiqləşdirməkdən imtina etdi.
Pərvanə Fərhadqızı












