Odisseyin təyinat yerinə fevralın 22-də çatması planlaşdırılır.
QHT.az xəbər verir ki, Amerikanın “Odysseus” gəmisi Aya buraxılıb və onun Yerin təbii peykinin səthinə enməsi nəzərdə tutulur. Apollon kosmik gəmisinin həyata keçirdiyi sonuncu belə missiyadan düz yarım əsr keçir.
Hyuston aerokosmik şirkəti Intuitive Machines tərəfindən inşa edilmiş Aya eniş modulu cümə axşamı səhər tezdən Florida ştatından (ABŞ) buraxılıb. Onun missiyası ilk kommersiya modulunun Aya uçuşu və 50 ildən artıq müddətdə Aya ilk “eniş”dir.
"Şirkətin Odysseus adlı Nova-C eniş aparatı EST gecə yarısından (06:00 GMT) qısa müddət sonra NASA-nın Canaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən Elon Maskın SpaceX tərəfindən idarə olunan iki mərhələli Falcon 9 raketində buraxılıb."
Pərvanə Fərhadqızı












