Oktyabrın 7-dən ÜST Qəzza zolağında 378 hücum qeydə alıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının İsrailin işğal etdiyi Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn deyib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, 70-ə yaxın tibb işçisi həbsdədir və təşkilat onların təhlükəsizliyi və rifahından dərin narahatdır.

“Hazırda Qəzzanın 36 xəstəxanasından 22-si fəaliyyət göstərmir. Fəaliyyət göstərən 14 xəstəxanadan 11-i qismən, üçü isə minimal səviyyədə işləyir. Eyni zamanda bütün xəstəxanalarda material qıtlığı yaşanır. 8 mindən çox xəstə, o cümlədən 6 mini yaralı Qəzzadan kənarda tibbi yardıma ehtiyac duyur”.